İnsanlara hürriyət, millətlərə istiqlal!

“Oktay alimentə görə övladlarından imtina etdi” - Aysel Şükür

Bloger Aysel Şükürün keçmiş həyat yoldaşı Oqtay Əhmədov övladlarından imtina edib.

Aysel bunun səbəbinin onun aliment ödəmək istəməməsi olduğunu bildirib. O bildirib ki, Oqtayı məhkəməyə verib:

"Bu gün Nəsimi rayon icra şöbəsinə Vüqar Qaralovun yanına getdim. Əkizlərin atası dəvət olundu, çünki onunla bağlı cinayət işi açılıb. Otaqda kişilər ola-ola və öz övladının yanında dedi ki, uşaqlardan imtina edirəm. Deyildi ki, imtina edə bilərsən, amma aliment vermək məcburiyyətindəsən. Qarşı tərəf isə artıq heç bir şey deyə bilmədi. Dedi, imtina edirəmsə, niyə aliment verməliyəm? Övladının yanında bunu demək nə deməkdir? Uşaqdan alimentə görə imtina etmək nə deməkdir? Sadəcə, utanıram. Sonra da dedi ki, uşaqları görmək istəmirəm.

Allah mənə o qədər güc versin ki, onları təkbaşıma sağaldım. Son nəfəsimə qədər uşaqlarımı atmayacağam. Allah cəzasını verir, verəcək... İcraçı qarşı tərəfə dedi ki, dəftərinə cinayət işi düşsə, övladların heç vaxt polis, hakim kimi işlərdə işləyə bilməyəcək. Gəl, belə şey etmə. Amma qarşı tərəf yenə razı olmadı. Yəni sabah mənim övladım dövlət qurumunda işləmək istəsə, atasının bu cinayət əməlinə görə işləyə bilməyəcək".

Qeyd edək ki, A. Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Aysel və Oqtay dəbdəbəli toyu ilə gündəmə gəlmişdi.   (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR