İnsanlara hürriyət, millətlərə istiqlal!

“Düşmən tərəf mina xəritələri və kütləvi məzarlıqlarla bağlı bizə məlumat vermir”

“Ərazilərimiz işğaldan azad edildikcə kütləvi məzarların aşkar edilməsi halları da çoxalır”.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, təəssüflər olsun ki, düşmən tərəf nə mina xəritələri, nə kütləvi məzarlıqlarla bağlı bizə məlumat verir. Yaxud da verdikləri məlumat dəqiq olmur:

“Prezident İlham Əliyev tərəfindən də bu məsələ dəfələrlə ən yüksək tribunalardan qaldırılıb. Bizim üçün ən önəmli məsələlərdən biri Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin müəyyən edilməsi və onların nəşlərinin yaxınlarına qaytarılmasıdır. Ermənistan tərəfi bu işlərdə də bizimlə əməkdaşlıq etməsə də, biz bu işlərin zaman-zaman həllini tapmasına çalışırıq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR