Onlayn ictimai-siyasi qəzet
Fransa Xarici İşlər Nazirliyi Rusiyanın Baş Kəşfiyyat İdarəsini (QRU) ölkəyə qarşı həyata keçirilən kiberhücumlarda günahlandırıb.
Musavat.com xəbər verir ki, nazirliyin məlumatına görə, hücumlar üçün QRU tərəfindən "APT28" adlı haker qrupu istifadə olunur.
2021-ci ildən bəri bu üsulla həyata keçirilən hücumlar nəticəsində dövlət qurumları, özəl şirkətlər və Parisdə təşkil olunacaq 2024 Yay Olimpiya və Paralimpiya Oyunları ilə əlaqəli bir idman təşkilatı daxil olmaqla, təxminən 10 Fransız təşkilatı hədəf alınıb. Nazirlik qeyd edib ki, bu metod daha əvvəl də 2015-ci ildə TV5Monde telekanalına qarşı sabotaj və 2017-ci ildə Fransada keçirilən prezident seçkiləri zamanı istifadə edilib.
Fransa diplomatiyası əlavə edib ki, APT28 qrupu Rusiyanın Ukraynaya qarşı apardığı müharibə kontekstində də Ukrayna infrastrukturuna qarşı daimi təzyiq vasitəsi kimi istifadə olunur.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ