Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı qeyri-adi bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, O bildirib: "Mən Papa olmaq istərdim. Bu, mənim ilk seçimim olardı".
Trampın bu açıqlaması mətbuatda sürətlə yayılıb və müzakirələrə səbəb olub. Daha sonra isə o, bu sözlərinin zarafat olduğunu bildirib və heç kimə xüsusi üstünlük vermədiyini vurğulayıb. Bununla belə, o, Nyu-Yorkun arxiyepiskopu Timoti Dolanın adını qeyd etməyi də unutmayıb.
Hazırda Vatikan Papalıq üçün yeni lider axtarmasa da, Trampın bu zarafatı bir çoxları tərəfindən siyasi yumor nümunəsi kimi qiymətləndirilir.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ