İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiya-Ukrayna müharibəsində diplomatik vasitəçilikdən imtina edə bilər — Dövlət Departamenti

Musavat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüsün sözlərinə görə, əgər Rusiya və Ukrayna arasında müharibənin dayandırılması istiqamətində konkret irəliləyiş əldə olunmasa, Vaşinqton bu prosesdə vasitəçi rolundan geri çəkiləcək.

"Biz elə bir mərhələdəyik ki, hər iki tərəf münaqişəyə necə son qoyulacağına dair konkret təkliflər irəli sürməlidir. Növbəti addımlar artıq prezidentin qərarına bağlıdır. Əgər irəliləyiş olmazsa, biz bu prosesdən çəkiləcəyik", – deyə Brüс bildirib və bu açıqlamanın ABŞ dövlət katibi Marko Rubionun mövqeyini əks etdirdiyini vurğulayıb.

CNN-in Avropa və Ukraynadan gələn əks təkliflərin rədd edilib-edilməməsinə dair sualını isə o, dolayı cavablandırıb və sadəcə əvvəlki bəyanatını təkrarlayıb. Brüs həmçinin Rubionun Avropa və Ukraynalı həmkarları ilə yeni danışıqlar planlaşdırıb-planlaşdırmadığı barədə məlumat verməyib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR