İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın gözlədiyi XƏBƏR gəldi: Yaxın zamanda İsrail… - ŞOK

İsrail Qəzza zolağında girovların azad edilməsi ilə bağlı sazişlərə ciddi yanaşdığını bəyan edib.

Musavat.com xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı sazişlərin bağlanmasının yaxın zamanda mümkün ola biləcəyini bildirib.

“İndi yəqin ki, girovların azad edilməsi ilə bağlı müqavilə bağlamaq mümkündür. İsrail hökuməti bu məqsədə çatmaqda ciddidir”, - deyə, nazir qeyd edib.

Saar, həmçinin Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüş zamanı bu məsələdə Avropa İttifaqının dəstəyini istəyib.

Bu açıqlama bölgədəki humanitar vəziyyətin yaxşılaşdırılması və girovların taleyinə dair yeni addımların atılacağına ümid yaradır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR