İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünənki matçda 4 penalti qaytaran Tiaqo Silvanın QİYMƏTİ - FOTO

"Zirə" klubu tarixində ilk dəfə UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.

BAKU.WS-in məlumatına görə, komanda III təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" klubundan üstün olub.

Dünən baş tutan qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyasına ehtiyac duyulub.

Penaltilər seriyasında "Zirə"nin qapıçısı Tiaqo Silva 4 qurtarış edib. Komandasının qalibiyyətində böyük sahibi olan portuqaliyalı kluba ötən il transfer olunub.

24 yaşlı qolkiper yeni komandası ilə 2+1 illik müqavilə imzalayıb. Silva daha əvvəl ölkəsinin “Vitoriya Gimaraynş”, “Leyşoyş” və “Trofense” klublarının şərəfini qoruyub.

Hazırda "transfermarkt" portalında Tiaqo Silvanın qiyməti 600 min avrodur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR