İnsanlara hürriyət, millətlərə istiqlal!

Donald Tramp ona qarşı 33 maddə üzrə ittiham irəli sürüləcəyini bildirib

Nyu-York məhkəməsi ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı 33 maddə üzrə ittiham irəli sürəcək.

AZƏRTAC xəbər verir ki, Donald Tramp bu barədə özünə məxsus “Truth Social” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, “dairə prokuroru Elvin Breqq 33 ittiham maddəsi barədə informasiyanın sızmasına yol verib”. Sabiq prezident əvvəlki kimi günahsız olduğunu bildirib və dairə prokurorunu istefa verməyə çağırıb.

Prokurorun icazəsi olarsa, detallarının yer aldığı sənəd ittihamın elan olunması ilə eyni vaxtda dərc ediləcək. Hələlik Donald Trampın ittiham maddələrinin dəqiq sayı və ağırlıq dərəcəsi məlum deyil.

Qeyd edək ki, bu gün ABŞ-ın sabiq prezidenti maliyyə sənədlərini saxtalaşdırdığı barədə ittihamın irəli sürüldüyü Nyu-York məhkəməsi qarşısına çıxmalıdır. Tramp Birləşmiş Ştatlar tarixində cinayət ittihamı irəli sürüləcək ilk sabiq prezident ola bilər. Konstitusiyaya görə, bu, onun seçkilərdə iştirakına maneə törətmir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR