İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan “Trendyol”la bağlı önəmli açıqlama

““Trendyol”dan sifarişlər heç bir halda qadağan edilə bilməz”.

Musavat.com-un xəbərinə görə, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

e0675177-4c96-3188-8a29-1da67345be24_850.jpg (74 KB)

O bildirib ki, heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir: “Bu gün “Trendyol” satış şəbəkəsindən vətəndaşlarımızın istifadəsinin haqsız rəqabətə yol açması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşının açıqlamasıyla əlaqədar ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirmək istərdim ki, qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir. Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə bilər”.

Deputat əlavə edib ki, rəqabəti qadağalarla müdafiə etmək rasional yanaşma deyil: “Qadağalar heç bir halda güclü rəqabət yaratmır. Bu baxımdan “Trendyol” daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədəuyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR