İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat və baş redaktordan Nüvədi ilə bağlı duyğusal paylaşımlar-fotolar  

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sosial şəbəkədəki şəxsi səhifəsində diqqətçəkən paylaşım edib.

Musavat.com xəbər verir ki, komitə rəhbəri Azərbaycanın tarixi ərazilərinin bir parçası olan Nüvədi kəndinin peykdən çəkilmiş şəklini paylaşaraq bu qeydləri yazıb: “Bu kənd 1929-cu ilədək Zəngilan rayonuna aid olan, 1929-cu ildə Ermənistan SSR-yə verilən, 1991-ci ildə bütün azərbaycanlı əhalisi deportasiya edilən Zəngəzurun Nüvədi kəndidir. Bu şəkil bu il çəkilib. Fikir verirsizsə, kəndin bütün evləri darmadağın edilib, sökülüb, yağmalanıb, dağıdılıb. İşğaldan azad edilmiş ərazilərimizdə də eyni mənzərə ilə qarşılaşırıq. Demək ki, harda yerləşməyindən asılı olmayaraq, azərbaycanlının malını, mülkünü yağmalamaq, məhv etmək - bu adamların bir düşüncə tərzi və həyat amalıdır…Heç bir zaman bunu unutmaq olmaz və heç bir zaman zəif olmaq olmaz! Bizim rifahımız, inkişafımız yalnız güclü olmağımızdan asılıdır, bu bizdən çoxlu qurbanlar tələb etsə də...”

Əslən Nüvədi kəndindən olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu (Musayev) da eyni məzmunlu paylaşım edib. Tanınmış jurnalist “Nüvədi. Yaşıllığın ortasında bizim evimizdir”-qeydini yazıb.

İnanırıq ki, günün birində Qərbi Azərbaycandan didərgin salınan həmvətənlərimiz öz yurdlarına dönəcək, erməni vandallar tərəfindən dağıdılmış evlərini abadlaşdıracaqlar.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR