İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat oğlunun dava işi: "İstintaq ədalətli aparılacaq"

Deputat Daulet Turlıxanovun oğlunun işini heç kim süründürmür, hər şey qanunla gedir.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir k, bunu Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkov parlamentdə çıxışı zamanı deyib.

Fevral ayında deputatın oğlunun hücumuna məruz qalan vəkil Anna Dmitrieviç deyib ki, müstəntiqlər Nurasıl Bolatın işini bilərəkdən süründürürlər.

Nazir bildirib ki, Müdafiə Nazirliyi hərbi məhkəmədə gedən proseslərə birbaşa təsir göstərmir. Eyni zamanda o, əmin edib ki, iş qanun çərçivəsində başlanıb və aparılır. “Məhkəmə qərar verəcək. Heç kim qaçmır. Mən cinayət işi ilə bağlı şərh verə bilmərəm, bunun üçün cinayət təqibi orqanları var. Mənim üçün bütün əsgərlər eynidir. Bir az xuliqandır və ya "yaxşı oğlan"dır, mənim üçün hamısı eynidir, balaların kimi uşaqlardır".

Xatırladaq ki, fevralın 10-dan 11-nə keçən gecə Nurasıl Bolat Almatıda vəkillər Anna Dimitrieviç və Oleq Çernova hücum edib.

Hadisə şəhərin iaşə müəssisələrində birində gənc oğlanın vəkillərin gözü qarşısında sevgilisini döyməsi nəticəsində baş verib. Vəkillər zərərçəkmişin müdafiəsinə qalxdılar və özləri də dava-dalaşa cəlb olunublar. Dimitriyeviç deyib ki, qızın döyülməsini dayandırmaq tələblərinə cavab olaraq hücum edən oğlan və dostları diqqətlərini vəkillərin özlərinə yönəldiblər. Oleq Çernovun qabırğası sınıb, Anna isə çənəsindən zərbə alıb, qolu yaralanıb.

Daha sonra Daulet Turlıxanov oğlunun küçə davasında iştirak etdiyini təsdiqləyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR