Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Murmansk vilayətində yerləşən İmandra gölündə təkmühərrikli hidrotəyyarə uçuş zamanı qəzaya uğrayıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, su anbarı Tıq-Quba qəsəbəsi ərazisində yerləşir. "Orion-11" hidrotəyyarəsinin pilotu icazəsiz uçuş həyata keçirməyə cəhd edib. Üstəlik, uçuş və ona hazırlıq qaydalarını pozub. Nəticədə təyyarə qəzaya uğrayıb.
"Orion 11" gölün 4-5 metr dərinliyində yerləşir", - məlumatda deyilir.
Hazırda hadisə yerində dalğıclar işləyir. Hidrotəyyarənin pilotunun axtarışına ümumilikdə fövqəladə hallar xidmətinin 19 əməkdaşı və səkkiz xüsusi texnika cəlb olunub./publika.az
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ