İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ HÜCUM başladı: Raketlər GÖYDƏ UÇUR, ölü və yaralılar var, ruslar şəhərləri DAĞIDIR

Oktyabrın 15-nə keçən gecə Rusiya hərbçiləri Ukraynanın Nikolayev şəhərinə “S-300” raketləri ilə hücum edib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bir nəfər ölüb, 16 nəfər yaralanıb. Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kimin “teleqram” kanalında aydınlıq gətirdiyi kimi, yaralılar arasında vəziyyəti ağır olanlar da var. Zərərçəkmişlərdən 3-ü ambulator müalicə alıb.

İnfrastruktur obyektlərinə, restoran kompleksinə, ticarət pavilyonlarına, yaşayış binalarına və avtomobillərə ziyan dəyib. Kim yazıb ki, hadisə yerlərində yanğınlar başlayıb və onların söndürülməsi üçün tədbirlər görülür.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.40-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR