İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkəsən sakinini Gəncədə avtomobil vuraraq öldürüb

Daşkəsən rayon sakini, 1970-ci il təvəllüdlü Kazımov Zöhrab Qədir oğlunu Gəncə şəhərində minik avtomobili vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən otellərin birinin yaxınlığında qeydə alınıb.

Z.Kazımov yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR