İnsanlara hürriyət, millətlərə istiqlal!

Danimarkadan sonra İsveç də Quranın yandırılmasını qadağan edəcəkmi?

Kənan Rövşənoğlu: "Avropada Quran və İslam muaqddəsatina qarşı təxribatlar yenə də olacaq, çünki..."

Məlum olduğu kimi, Danimarka hökuməti Qurani-Kərimə edilən çirkin hücumlara qarşı tədbir görməyə qərar verib və bununla bağlı qanun layihəsi hazırlanır. Bəs Danimarkadan sonra İsveç hökuməti də bu cür addım atacaqmı?

Mövzu ilə bağlı din məsələləri üzrə ekspert Kənan Rövşənoğlu Musavat.com-a danışıb:

"Bu barədə dəqiq nəsə demək çətindir. Gözləmək lazımdır, görək İsveç hökuməti hansı addımı atacaq. Aydın məsələdir ki, beynəlxalq ictimaiyyətin, BMT və digər nüfuzlu qurumların çağırışından son Danimarka bu addımı atdı. Həm də müsəlman ölkələrində ciddi etirazlar oldu. Düşünürəm ki, bu etirazların müəyyən təsiri olub. Lakin aydın məsələdir ki, bu, məqsədli provokasiyadır, bunu edənlərin məqsədi müsəlmanlara qarşı nifrəti artırmaq, Avropada İslam aleyhdarlıgini gucləndirməkdir. Ona görə də düşünürəm ki, Quran və İslam muaqddəsatina qarşı təxribatlar olacaq".

Xatırladaq ki, Danimarka hökuməti Qurani-Kərimə edilən çirkin hücumlara qarşı tədbir görməyə qərar verib. Ədliyyə naziri Peter Hummelgard bu gün jurnalistlərə açıqlamasında bununla bağlı hökumətin yeni qanun layihəsi planlaşdırdığını açıqlayıb.

Hummelgardın açıqlamasına görə, sözügedən qanun yayihəsi xüsusi olaraq ictimai yerlərdə hörmətsizliyi hədəf alacaq.

Nazir Hummelgard Qurana edilən hücumların "Damimarkaya zərər verən, alçaldıcı və rəğbətsiz bir hərəkət" olduğunu vurğulayaraq, qadağanın əsas "motivasiyasının" milli təhlükəsizlik olduğunu ifadə edib.

Bildirilib ki, yeni qanunvericilik Danimarka cinayət məcəlləsinin milli təhlükəsizliyini əhatə edən 12-ci bölməsinə daxil ediləcək. Qanunu pozanları cərimə və iki ilədək həbs cəzası gözləyir.

Eyni qaydalar İncil və Tövrat kimi digər müqəddəs kitablara da şamil olunacaq.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR