İnsanlara hürriyət, millətlərə istiqlal!

Danimarka Quranın yandırılmasını rəsmən qadağan edəcək  

Danimarka Quranın yandırılmasını rəsmən qadağan edəcək. Bu barədə cümə günü ölkənin ədliyyə naziri Peter Hammelho mətbuat konfransında bildirib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Danimarka hökuməti müsəlmanların müqəddəs kitabının yandırılması, din və mədəniyyətə xələl gətirən digər bu kimi hadisələr zamanı hərəkətlərə məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirmək niyyətindədir. “Hökumət dini icma üçün dini əhəmiyyət kəsb edən obyektlərlə yanlış rəftar edilməsini qadağan edən qanun layihəsini təklif edəcək”, - deyə Hammelho bildirib.

O da qeyd edilib ki, ictimai yerlərdə Quran, İncil və digər müqəddəs kitabları yandıranlar cəzalandırılacaq.

Yada salaq ki, iyulun 12-də BMT-nin İnsan Hüquqları Şurası səsvermənin nəticələrinə əsasən, müqəddəs kitabların yandırılması ilə bağlı hərəkətləri pisləyən qətnamə qəbul edilib. Sənəddə Qurani-Kərimin açıq və məqsədyönlü şəkildə təhqir edilməsinə dair son zamanlar həyata keçirilən  aktlar pislənilir və qəti şəkildə rədd edilir.

Qeyd edək ki, BMT-də İsveçdə Quranın yandırılması ilə bağlı növbədənkənar sessiyada səsvermə keçirilib. 28 ölkənin nümayəndəsi lehinə, 12-si əleyhinə səs verib, 7 nümayəndə bitərəf qalıb. Rusiya bu qətnaməni dəstəkləyib, lakin şuranın üzvü olmadığı üçün səs verə bilməyib.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR