Onlayn ictimai-siyasi qəzet
Fransanın Şartr şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası üç nəfərin həyatına son qoyub.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Parisdən təxminən 100 kilometr məsafədə, kiçik mühərrikli bir təyyarə yerə çırpılıb.
Təyyarə yaşayış bölgəsinin yaxınlığında qəzaya uğrasa da, evlərə zərər dəymədiyi qeyd olunur.
Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb olunub. Ərazi nəzarət altına alınıb.
Qəzanın başvermə səbəbi hələlik açıqlanmır. Faktla bağlı araşdırma başladılıb.
Musavat.com
28 Iyun 2025
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ