İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir azərbaycanlı Ukraynada ŞƏHİD OLDU - FOTO

Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə daha bir soydaşımız şəhid olub.

Musavat.com xəbər verir ki, kiçik leytenant rütbəsini daşıyan zabit İbişov Nahid İmanxan oğlu Xerson istiqamətində döyüşlərdə həyatını itirib.

Əslən Sabirabad rayonundan olan həmyerlimizin valideynləri Dnepr şəhərində yaşayır. Hal-hazırda cənazəsi Krivoy Roq azərbaycanlıları Konqresinin sədri Rəmzi Rzayevin birbaşa iştirakı ilə cəbhə xəttindən Krivoy Roq şəhərinin morquna gətirilib. 

fff5551110987.jpg (58 KB)

Rəmzi Rzayev

R. Rzayev "Yeni Müsavat"in Ukrayna təmsilçisi Anar Natiqoğluna verdiyi açıqlamada vaxtaşırı cəbhə bölgəsinə baş cəkdikərini, bu dəfə özlərinin də raket atəşinə məruz qaldıqlarını və qəlpə yarası aldığını bildirib:

"Yüngül yara aldıq. Şükür yaxşıyıq. Hal-hazırda şəhidimizin cənazəsi və sənədlərin hazırlanması ilə məşğuluq. Sabah ailəsi ilə danışıb, ya vətənə göndərilməsi, ya da Dnepr vilayətində dəfn olunması ilə bağlı qərar verəcəyik. Allah rəhmət eləsin. Daha bir gəncimizin itirdik”.

 

Musavat.com

kfkfknsnsnsdkd.jpg (47 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR