Onlayn ictimai-siyasi qəzet
Cənubi Koreyanın Korrupsiya Araşdırmaları Bürosu baş verən hadisəyə dair açıqlama verərək vəziyyətin mürəkkəbliyini vurğulayıb: "Bizim qiymətləndirməmizə əsasən, həbs əməliyyatını həyata keçirmək mühafizə xidmətinin inadlı müqaviməti səbəbindən praktik olaraq mümkün deyil. Biz komandamızın təhlükəsizliyindən ciddi narahatıq. Təqsirləndirilən şəxsin davranışı isə dərin təəssüf doğurur."
Məlumata görə, Yun Sok Yöl korrupsiya və digər cinayətlərdə ittiham edilir. Onun vəzifəsindən uzaqlaşdırılmasından sonra istintaq prosesləri daha da intensivləşib. Lakin prezidentin mühafizə xidməti və tərəfdarları hər vəchlə onun həbsinin qarşısını almağa çalışırlar.
Cənubi Koreya cəmiyyəti isə baş verənləri diqqətlə izləyir. Ekspertlər hesab edirlər ki, bu hadisə ölkədə hüquq-mühafizə orqanlarının işinə və siyasi sistemə olan ictimai etimadı bir daha sınaqdan keçirir.
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ