İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu açıqladı - Bu ölkələr mayın 10-da...

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə, Rusiya, İran və Suriyadakı Əsəd rejimi arasında Moskvada xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşün 10 may tarixində keçiriləcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Çavuşoğlu İrandan toplantıya kimin qatılacağının dəqiq olmadığını, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın İran prezidenti İbrahim Rəisi ilə Afrika səfərinə çıxacağı təqdirdə görüşə başqa bir rəsminin gələcəyini bildirib.

Ərəb dünyasının Əsəd rejimi ilə əlaqəsinin köçkün suriyalıların geri qayıtması üçün vacib olduğunu vurğulayan türkiyəli nazir Əsəd rejiminin heç bir şey olmamış kimi Ərəb Dövlətləri Liqasına qayıtmasını əksər ölkələrin istəmədiyini söyləyib.

“Rejimin siyasi proseslərlə bağlı addım atmasını istəyirlər. Suriyanı birləşdirməyin yolu budur. Əks halda YPG/PKK terror təşkilatı daha da güclənəcək. O, məşq edir, silah alır. Bunu bizim müttəfiqimiz ABŞ edir. Gələcəkdə çox mürəkkəb, çətin bir mənzərə yaranacaq. Biz Suriya rejimi və onun administrasiyası ilə əlaqə saxlamışıq, o, hələlik işləyir. Bəlkə, 10 mayda xarici işlər nazirlərinin görüşündə mətbuat konfransı keçirdik, ola bilsin, birgə bəyanat verdik. Həmin gün danışıqlarımızda nəyi razılaşdıracağımızı əvvəlcədən dəqiq söyləmək mümkün deyil”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR