İnsanlara hürriyət, millətlərə istiqlal!

Cavanşir Quliyevin əməliyyatı uğurla bitib - YENİLƏNİB

Vəsilə Vahidqızı əlavə edib ki, artıq əməliyyat başa çatıb:

“Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib, hər şey yolundadır”.

Qeyd edək ki, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olub. Bəstəkarın müalicəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən dəstək verilir.

***

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda müalicə aldığı xəstəxanada hazırda əməliyyat olunur.

Musavat.com xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib.

O deyib ki, ailəsi ilə əlaqə saxlayıb, 2-3 saat sonra vəziyyəti ilə bağlı dəqiq məlumat veriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR