İnsanlara hürriyət, millətlərə istiqlal!

Cari ildə formal vəkilliklə məşğul olan 43 vəkil intizam məsuliyyətinə cəlb olunub

Son illərdə vəkillərin sayı artsa da, intizam işlərinin sayı azalıb. Belə ki, 2022-ci ildə Vəkillər Kollegiyasına ümumi olaraq 595 müraciət və şikayət daxil olub, bunların böyük əksəriyyəti vətəndaşlar tərəfindən ünvanlanıb.

Bu barədə Musavat.com-a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti (VKRH) tərəfindən ilkin araşdırma nəticəsində 119 (20 %) müraciət üzrə əsas olduğundan intizam icraatı başlanılaraq araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilib.

Komissiyada araşdırma zamanı, 119 intizam icraatından 43-ü (36.1 %) üzrə vəkillər tərəfindən peşə borcunu həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun, digər qanunvericilik aktlarının tələblərinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulduğu müəyyən edilib və bu barədə rəyi VKRH-a təqdim edib.

Bu 43 rəylə bağlı olaraq, VKRH tərəfindən 12 (27.9 %) intizam icraatı üzrə vəkillərə irad tutulub, 11 (25.6 %) intizam icraatı üzrə onlara töhmət verilib, 11 (25.6 %) intizam icraatı üzrə vəkillərin fəaliyyətinin dayandırılması barədə qərər qəbul olunub, 9 (20.9 %) intizam icraatı üzrə Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduğundan VKRH bununla bağlı məhkəməyə müraciət edilməsi haqqında qərar qəbul edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR