İnsanlara hürriyət, millətlərə istiqlal!

Buzovnada çimərliyə gedən yola sədd çəkən obyektləri söküb, yolu yenidən “bağladılar” - FOTO

Bir müddət əvvəl Xəzər rayonu Buzovna çimərliyi ətrafında sahilboyu vətəndaşların sərbəst şəkildə çimərliyə daxil olub, istirahət etmələrinə maneə törədən, qanunsuz olaraq inşa edilən obyektlər sökülüb.

Musavat.com xəbər verir ki, ötən gün sosial mediada sözügedən çimərlikdən yeni görüntülər yayılıb.

Görüntülərdə sökülmüş obyektlərdən geriyə qalan qalaq-qalaq daş yığınları əks olunub. Sakinlər isə bu mənzərədən narahatdırlar.

Məsələ ilə əlaqədar Xəzər Rayonu İcra Hakimiyyətindən oxu.az-a verilən açıqlamada bildirilib ki, həmin ərazidə hələ də texnika işləyir və söküntü işləri davam edir. Ərazi böyük olduğu üçün söküntülərlə paralel olaraq ondan geri qalan daş-torpaq parçaları yığışdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR