İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bura uşaq bağçası deyil!” –Ukrayna səfiri Kiyevə gəlmək istəməyən Şoltsu tənqid etdi

Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik Kiyevə səfərdən imtina edən Almaniya kansleri Olaf Şoltsu sərt tənqid edib.

Azpost.info xəbər verir ki, səfir “Spiegel”ə açıqlamasında “İncimiş qaraciyər kolbasasını oynamaq çox da dövlət xadimi üslubu deyil”, – deyə istehza edib. “Biz nasistlərin Ukraynaya hücumundan sonra ən qəddar və ən dağıdıcı müharibədən danışırıq, bura uşaq bağçası deyil”, – Melnik deyib.

A.Melnik onu da qeyd edib ki, Ukraynanın daha çox gözlədiyi simvolik səfərlər yox, Almaniya hökumətinin Bundestaqın ağır silahların çatdırılması təklifini sürətlə həyata keçirməsi və indiyə qədər verdiyi vədləri yerinə yetirməsidir.

Xatırladaq ki, Şolts Ukrayna hökumətinin Almaniya prezidenti Frank-Valter Ştaynmayeri qəbul etməkdən imtina etməsini səhv addım və Kiyevə səfərinə maneə adlandırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR