İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəhər narıncı rəngə büründü - HƏYƏCAN SİQNALI

Kanadada 414 nöqtədə baş verən və həftələrlə davam edən meşə yanğınlarının tüstüsü səbəbindən ABŞ-ın 18 ştatında onlarla şəhərin havasının çirklənməsi ilə bağlı xəbərdarlıq edilib.

Musavat.com xəbər verir ki, tüstü və hava çirkliliyi səbəbindən Nyu-York şəhərinin səmasını narıncı dumana bürünüb.

Havanın keyfiyyət səviyyəsini narıncıdan 165 dərəcə qırmızıya qədər yüksəldib və Nyu York dünyanın ən çirkli havası olan şəhərə çevrilib.

Dövlət qurumları ürək, ağciyər və tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən sakinlərə çölə çıxmamaq barədə xəbərdarlıq edib.

Kanadada davam edən meşə yanğınlarında 38 milyon hektar ərazinin yandığı, yüksək gərginlikli xətlər və rabitə şəbəkələri kimi mühüm infrastrukturun zədələndiyi, hadisədən zərər çəkən 20 min insan təxliyə edildiyi bildirilir. 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR