İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu gün NATO üzvü kimi Türkiyə Qərbin təhlükəsizliyində kilid ölkədir” -politoloq

“Müsbət dəyişikliklərin də önündə qardaş Türkiyəmiz olacaq” - polkovnik

 “Yaxın dönəmlərdə qardaş Türkiyəyə qarşı çox istiqamətlərdə təzyiq artacaq”. Polkovnik Üzeyir Cəfərov bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib.

Hərbi ekspertin sözlərinə görə, qardaş ölkəyə qarşı təzyiq və təhdidlərin obyektiv və subyektiv səbəbləri var:

“Türkiyənin son dönəmlər dünyada baş verən proseslərə müstəqil və çoxlarından fərqli münasibət sərgiləməsi, bir çox siyasi və iqtisadi platformalarda apardığı siyasət xeli sayda ölkələri və liderləri əsla qane etmir. Məhz erməni və yunan siyasilərinin son dövrlər türkiyəyə qarşı apardıqları açıq və gizli mübarizələri də dediklərimizə subutdur. Avropa Parlamentinin də Türkiyə ilə bağlı hesabatı da məhz təzyiqin bir növüdür, bir təsir rıçaqlarından biri hesab etmək olar. 7 il bundan öncədəki hesabata istinad etmək hansı məntiqə uyğundur? Əlbəttə ki, bəzi ölkələrə sərf edən yanaşmadır deyə, onlar bu yoldan da istifadə edirlər. Türkiyəmizin son vaxtlar NATO ilə faktiki Finlandiyaya və İsveçə görə baş-başa gəlməsi də öz sözünü deyir. Amma, sonda Türkiyə deyən olacaq. Türkiyənin özgüvənliyi və məsələlərə praqmatik yanaşması sonda öz müsbət təsiri də göstərəcək, nəticələr də olacaq”.

Ü.Cəfərov qeyd etdi ki, artıq İsveç rəsmiləri də PKK və digər terorçu qüvvələrlə bağlı qanunvericiklərində dəyişiklik etmənin lazımlığını dilə gətiriblər:

“Əvvəllər isə onlar bir qədər fərqli yanaşma sərgiliyirdilər. İnanmaq istərdim ki, yaxın aylarda Türkiyənin qarşılaşdığı bu cür münasibətə də son veriləcək. dünyada çxo şeylər dəyişməkdədir və bundan sonra da çox dəyərlər, yanaşmalar dəyişəcək. Bu müsbət dəyişikliklərin də önündə qardaş Türkiyəmiz olacaq”.

Politoloq Tural İsmayılov isə bu mövzudan bəhs edərkən vurğuladı ki, Avropa Parlamenti uzun müddətdir Yunanıstan və Ermənistandan Türkiyə əleyhinə oyuncaq kimi istifadə edir:

“Çox maraqlı məsələdir ki, Ermənistanla eyni xətti Yunanıstan da davam etdirərək bütün səviyyələrdə Türkiyə qısqanclığını açıq nümayiş etdirir. Ümumilikdə, Avropa Parlamentinin Türkiyəyə göstərdiyi münasibət Türkiyəni quruma üzv etməklə bağlı apardığı manipulyasiyanın davamıdır. Bu gün NATO üzvü kimi Türkiyə Qərbin təhlükəsizliyində kilid ölkədir. Türkiyə olmasaydı, Qərb Suriya, İraq və Əfqanıstandan gələn miqrant böhranı qarşısında siyasi kataklizmlərlə üz-üzə qalacaqdı. Türkiyəyə miqrantlarla bağlı aylarla yalvaranlar AP üzvləri deyildimi?”

Ekspert digər məqamı da xüsusi vurğuladl:

“Bundan başqa, hamıya məlumdur ki, Avropa Parlamenti (AP) bir çox hallarda erməni lobbisinin təsiri altındadır. Məhz bu təsir də Azərbaycan və Türkiyə əleyhinə müxtəlif dövrlərdə “hesabatlar”da özünü təsdiq edib. AP hansısa qondarma “1915” olaylarını əlində oyuncaq etsə də, Xocalı həqiqətlərinə daim göz yumub. Digər tərəfdən, bu gün erməni əsilli Türkiyə vətəndaşları rahat həyatlarını yaşarkən Ermənistanda bir nəfər də olsun etnik azlıq yoxdur. Amma AP bunu da heç vaxt dilə gətirmir. Batı Trakya türklərinin Yunanıstan tərəfindən sıxışdırılmasını da AP görmür. Eyni zamanda Egey dənizindəki Yunanıstan təxribatlarına bir dəfə də toxunulmayıb. Azərbaycan - Türkiyə müttəfiqliyo dünyaya yeni siyasi koloritlər bəxş edir. AP və digər biryanlı, qərəzli təşkilatların “hesabatları” ancaq özlərini nüfuzdan salmağa yarayır”.

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR