İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün "Gənclik"də yaşananların SƏBƏBİ bilindi - SON DƏQİQƏ açıqlaması

Bu gün günorta saatlarında "Gənclik" metrostansiyası sözün əsl mənasında gənclərlə dolub daşırdı. Mövcud durumu ADA-da keçirilən tədbirlə əlaqələndirənlər də var idi. Görünən isə o idi ki, sıxlıqda ürəyi sıxılanlar da var idi. 

Əsl səbəbi öyrənmək üçün "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq.

Qurumun mətbuat katibi Musavat.com-a açıqlamasında bildirdi ki, sıxlığın aradan qaldırılması istiqamətində "Bakı Metropoliteni"ndə operativ tədbirlər həyata keçirilir:

"Bu gün günorta saatlarında "Gənclik" metrostansiyasında sərnişin sıxlığı müşahidə olunub. "Bakı Metropoliteni" tərəfindən operativ tədbirlərin həyata keçirilməsi nizamlanmış mexanizmlərin tərkib hissəsidir. Ötən il sentyabrın 14-də yeni tədris mövsümünün başlanması ilə əlaqədar "Bakı Metropoliteni"ndə təkcə qatarların hərəkət qrafiki deyil, eyni zamanda stansiyaların iş rejimi ilə bağlı da müvafiq tədbirlər görülüb. Bu tədbirlilik günün müxtəlif saatlarında müxtəlif stansiyalarda fərqli olur. Tədris mövsümündə 1-ci dərs növbəsi başa çatanda ənənə üzrə "Elmlər Akademiyası", "28 May" metrostansiyası ilə yanaşı, "Gənclik" və "Nəriman Nərimanov" metrostansiyalarında da sərnişin sayında artım müşahidə olunduğundan stansiyalara girişdə bu kimi tənzimləmələr sərnişin sayınan asılı olaraq operativ təyin olunur. Ən vacib məsələ platforma sahəsinin ifrat yüklənmədən qorunmasıdır. Çünki həmin sahə qatarlara minib düşmə və sərnişinlərin stansiyaları tərk etməsi üçün müvafiq şəraitin yaradılmasını da nəzərdə tutmalıdır. Bu gün "Gənclik" metrostansiyasında hər hansı neqativ hal yaşanmayıb. Ən vacibi sərnişinlərin təhlükəsizliyidir ki, bu da tam təmin olunub. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR