İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Bakıda 112, 136 və 146 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Musavat.com-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Dəyişikliyə səbəb paytaxtın Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində (Mir Mövsüm Ağa məscidi yaxınlığında) yolun hərəkət hissəsində təmir-tikinti işlərinin aparılacağı ilə əlaqədar avtomobillərin hərəkətinin tam məhdudlaşdırılmasıdır.

Məhdudiyyətlərə uyğun olaraq sözügedən marşrut xətləri üzrə hərəkət alternativ küçələrdən təşkil ediləcək.

Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutların əvvəlki sxem üzrə fəaliyyəti bərpa ediləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR