Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Ukraynaya 162 milyon funt sterlinq (213 milyon dollardan çox) dəyərində yüngül çoxməqsədli raketlər dəsti (LMM) verəcək.
Musavat.com xəbər verir ki, bu məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, paketə 650 ədəd yüngül çoxməqsədli raketlər (LMM) daxildir. Raketlərin ilk partiyası bu ilin sonuna kimi gətiriləcək.
Qeyd olunur ki, yeni paketi ABŞ Hərbi Hava Qüvvələrinin Ramşteyn bazasında Ukrayna Müdafiə Təmas Qrupunun iclasında müdafiə naziri Con Healey elan edəcək.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ