İnsanlara hürriyət, millətlərə istiqlal!

BRICS dünya iqtisadiyyatına verdiyi töhfəyə görə G7-ni qabaqlayır

BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası), 2020-ci ildən bəri dünya iqtisadiyyatına verdiyi töhfəyə görə G7 dövlətlərini (ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa və Yaponiya) qabaqlayır.

AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun məlumatında deyilir. Proqnozlara görə, bu il dünya iqtisadiyyatındakı artımın 32,1 faizi BRICS üzvlərinin, 29,9 faizi isə G7 ölkələrinin payına düşəcək. 2023-2028-ci illər arasında isə dünyanın ümumdaxili məhsulunun artımında Çinin payı 22,6 faiz, Hindistanın payı 12,9 faiz təşkil edəcəyi halda, ABŞ-ın payı yalnız 11,3 faiz olacaq.

Agentlik qeyd edir ki, 2020-ci ildə hər iki qrupun dünya iqtisadiyyatında alıcılıq prioriteti bərabərləşərək 31 faiz təşkil edib. Lakin 2028-ci ilin sonunda BRICS-in payı 33,6 faizə qədər artacaq, G7-nin payı isə 27,8 faizə enəcək.

Son zamanlar BRICS qrupuna maraq xeyli artıb. Əlcəzair, Argentina və İran artıq təşkilata qoşulmaq üçün müraciət edib. Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Tunis isə üzlükdə maraqlı olduqlarını bildirib.

Qeyd edək ki, 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin BRIC təşkilatını yaradıb. 2011-ci ildə Cənubi Afrika Respublikasının qrupa qoşulmasından sonra təşkilatın adı BRICS olaraq dəyişib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR