İnsanlara hürriyət, millətlərə istiqlal!

BP 300 yanacaqdoldurma məntəqəsini satır

BP şirkəti Avstriyada 260-dan çox yanacaqdoldurma məntəqəsini, o cümlədən elektrik avtomobilləri üçün enerji doldurma məntəqələrini satmağı planlaşdırır.

Musavat.com şirkətin açıqlamasına istinadən xəbər verir ki, BP bu ilin üçüncü rübünün sonuna qədər alıcı tapıb alqı-satqı müqaviləsi bağlamağı və ilin sonuna qədər sövdələşməni tamamlamağı planlaşdırır. Müqavilə çərçivəsində şirkət Linz yanacaq terminalındakı payını da satır.
BP-nin fevralda açıqladığı yeni strategiyaya əsasən şirkət 2027-ci ilin sonuna qədər təqribən 20 milyard dollar dəyərində qeyri-əsas aktivlərini satmaq niyyətindədir. Ötən həftə şirkət Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP qaz kəmərindəki 12 faizlik payının 3 faizini 1 milyard dollara Apollo Fonduna satdığınl elan edib. Eyni zamanda İraqın Kərkük bölgəsində qaz yataqlarının işlənməsinə dair İraq hökuməti ilə yeni müqavilə imzalayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR