İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitse-spikerden tarixi açıqlamalar gəldi- “Millətimiz yalnız qürur duya bilər”

 

Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının tarixi sammiti ətrafında hələ də müzakirələr gedir.

Xəbər verdiyimiz kimi, bu sammit ŞƏT tarixinin ən böyük tədbiri idi. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı isə, tədbiri daha da rəngarəng etdi.

Xüsusilə, səfər çərçivəsində Pekində yapon işğalına qarşı Çin xalq müqavimətinin və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda Azərbaycanın da dövlət başçısı səviyyəsində təmsil olunması diqqətləri çəkməyə bilməzdi.

Milli Məclisin vitse-spikeri, tarixçi professor Musa Qasımlı Musavat.com-a bildirib ki, İkinci Dünya müharibəsində Avropada faşist Almaniyası və Uzaq Şərqdə militarist Yaponiyası üzərində qələbənin qazanılmasında Azərbaycan xalqı müstəsna rol oynayıb:

“1945-ci il sentyabrın 2-də ABŞ-nin Sakit okeandakı "Missuri" xətt gəmisində Yaponiyanın təslim olması haqqında aktın imzalanması ilə İkinci Dünya müharibəsi başa çatıb. Müharibənin sona çatmasının 80 illiyi münasibətilə Pekində keçirilən hərbi paradda cənab Prezidentimiz İlham Əliyevin və Mehriban xanım Əliyevanın iştirakı tarixi əhəmiyyət daşımaqla həm tarixi keçmişə, həm İkinci Dünya müharibəsi illərində həlak olmuş azərbaycanlıların ruhuna ehtiramdır, həm də müasir şəraitdə neofaşizmə, neonasizmə və revanşizmə qarşı mübarizədə bərabər olmağın vacibliyini göstərir.

Dünya müharibəsində azərbaycanlıların iştirakı və qəhrəmanlığı bir neçə sahədə olub: sovet ordusu sıralarında ön cəbhədə vuruşublar; arxa cəbhədə əmək şücaəti göstərərək cəbhəni isti paltar və ərzaqla təmin ediblər; müharibə motorlar müharibəsi olduğundan Azərbaycan neftlə cəbhəni təchiz edib; işğal altındakı ölkələrdə partizan hərəkatında iştirak ediblər; antifaşist müqavimət hərəkatında igidliklər göstəriblər; SSRİ-nin xarici aləmə çıxışı Azərbaycandan keçərək olub, Azərbaycan nəfəslik rolunu oynayıb; beynəlxalq hava xəttində yalnız Bakı-Tehran hava xətti işləyib; Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi lend-liz sistemi ilə alınan silahlar Azərbaycan ərazisindən keçərək cəbhəyə aparılıb; legioner dəstələrində Hitler Almaniyasına qarşı təxribatçılıq fəaliyyətləri aparılıb, aerodromların tikintisi, texnikanın təmiri yubadılıb və s. Kəlmeyi-şəhadəti öyrədərək yəhudiləri ölümdən xilas ediblər və s.

Dünya nəhəngi Çinin paytaxtı Pekində keçirilən möhtəşəm paradda Dövlətimizin iştirakı ilə millətimiz yalnız qürur duya bilər”.


Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR