Onlayn ictimai-siyasi qəzet
İran Çindən müasir hava hücumundan müdafiə sistemləri və lazer texnologiyaları əldə edib.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, Tehran bu texnologiyalardan növbəti müharibədə istifadə etməyi planlaşdırır.
İranın hərbi strategiyası düşmən radarlarını korlamaq, radioelektron müharibə aparmaq və xüsusilə İsrailin qırıcılarını gözlənilməz vəziyyətdə tutmaq üzərində qurulub. Hərbi ekspertlər bildirirlər ki, bu sistemlər İranın hava və kosmik sahədəki müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ