İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Baş katibi Putini Texas qubernatoru adlandırdı

Rusiyanın Ukraynanın ərazisində xarici qoşunların yerləşdirilib-yerləşdirilməməsinə dair söz demək haqqı yoxdur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte Praqada çıxışı zamanı bildirib.

“Bəs niyə bizi Rusiyanın Ukraynada qoşunlar barədə düşündüyü maraqlandırmalıdır? Bu, suveren dövlətdir. Qərarı verən də yalnız Ukraynadır. Əgər Ukrayna öz ərazisində təhlükəsizlik zəmanəti kimi qoşun saxlamaq istəyirsə, bu, onun seçimidir. Başqa heç kim buna qarışa bilməz. Mən düşünürəm ki, biz doğrudan da Putini həddindən artıq güclü göstərməyi dayandırmalıyıq. O, Texas qubernatorundan artıq deyil. Buna görə də gəlin, bu məsələyə lazım olduğundan artıq ciddi yanaşmayaq”, – deyə Rütteni The Guardian sitat gətirib.

Baş katibin Putini “Texas qubernatoru” adlandırması isə əvvəlki çıxışı ilə bağlıdır. Praqa Müdafiə Sammitində Rütte qeyd edib ki, Rusiya iqtisadiyyatı ABŞ-ın yalnız bir ştatı — Texasdan böyük deyil:

“Son vaxtlara qədər Rusiya ABŞ və Türkiyə də daxil olmaqla, bütün NATO müttəfiqlərindən çox sursat istehsal edirdi. Amma onların iqtisadiyyatı Texasdan böyük deyil”, – deyə o əlavə edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR