İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsəlman ölkəsində güclü zəlzələ: 1800-dən çox ÖLƏN VAR

Əfqanıstanda baş verən güclü zəlzələ böyük itkilərə səbəb olub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı artıq 1825 nəfərə çatıb.

Hadisə bölgəsində xilasetmə işləri davam edir və itkin düşənlərin axtarışı hələ də aparılır. Rəsmilər ölənlərin sayının arta biləcəyini istisna etmirlər.

Qeyd edək ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, avqustun 31-də Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudada zəlzələ baş verib. Yeraltı təkanlar UTC vaxtı ilə saat 19:17-də, 200 min nəfər əhalisi olan Cəlalabaddan 50 kilometr şimal-şərqdə, 10 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar nəticəsində bölgədə genişmiqyaslı dağıntılar yaranıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR