Onlayn ictimai-siyasi qəzet
Sentyabrın son günlərinə doğru bəzi bürcləri xüsusi dəyişikliklər və müsbət enerjilər gözləyir.
Musavat.com xəbər verir ki, onların həyatında həm şəxsi münasibətlərdə, həm də karyera sahəsində sevindirici hadisələr baş verə bilər. Ulduzlar bu bürclərə yeni imkanlar, gözlənilməz xoş sürprizlər və uzun müddətdir arzuladıqları rahatlığı bəxş edəcək.
Musavat.com xoşbəxtliyin qapısını aralayacaq bürcləri təqdim edir:
Qoç – Ayın sonuna qədər həyatınıza yeni nəfəs gətirəcək fürsətlər yaranacaq. Sevgi və iş həyatınızda uzun zamandır gözlədiyiniz bir dönüş baş verə bilər.
Əkizlər – Sosial çevrənizdəki insanlar sizə dəstək olacaq. Yeni tanışlıqlar həyatınıza işıq saçacaq və şəxsi həyatınızda xoşbəxtlik dalğası başlayacaq.
Şir – İrəliləyiş dövrünə qədəm qoyursunuz. Sentyabrın sonuna doğru həm maddi, həm də mənəvi sahədə arzuladığınız rahatlığa qovuşa bilərsiniz.
Tərəzi – Balans və harmoniya sizinlə olacaq. Münasibətlərdə anlaşma və yaxınlıq artacaq, uzun müddət davam edəcək xoşbəxtlik qazanacaqsınız.
Balıqlar – Qəlbinizdəki istəklər gerçəkləşməyə başlayır. Ayın son günləri sizin üçün həm ruhsal, həm də emosional baxımdan unudulmaz olacaq.
Musavat.com
05 Sentyabr 2025
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ