İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyada baş nazirliyə yeni namizəd - Penni Mordont

Bu gün Böyük Britaniyada Liz Trassın istefasından sonra baş nazirlik uğrunda yeni yarış başlayır. Lider olmaq istəyən şəxs namizəd kimi irəli sürülmək üçün Parlamentdə Mühafizəkarlar Partiyasından olan 100 deputatın imzasını almalıdır.

Britaniya parlamentinin aşağı palatasında hazırda 357 Tori deputatı var və bu o deməkdir ki, baş nazir olacaq Mühafizəkarlar Partiyasının lideri postuna maksimum üç namizəd mübarizə apara biləcək. Hələlik heç kim namizədliyini elan etməyib, lakin mühafizəkar siyasətçilər artıq potensial namizədləri dəstəkləmək üçün açıq şəkildə çıxış etməyə başlayıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “The Telegraph” qəzeti tərəfindən bununla bağlı təhlil yazısı dərc olunub.

Son məlumatlara görə, keçmiş maliyyə naziri Rişi Sunakı 48 deputat, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonu 37 millət vəkili dəstəkləyib. İcmalar palatasının spikeri Penni Mordont isə 16 parlament üzvünün dəstəyini alıb.

Oktyabrın 24-ü bazar ertəsi səhərə qədər yalnız bir namizəd yüz səs toplaya bilsə, o, qeyd-şərtsiz Böyük Britaniyanın yeni baş naziri olacaq. Bir neçə namizəd ən azı yüz səs toplasa, ikinci tur keçiriləcək. Belə olan halda Mühafizəkarlar Partiyasının həqiqi üzvləri dəstəklədikləri namizədlərə onlayn səs verə biləcəklər. Yekun nəticələr oktyabrın 28-i cümə günü elan ediləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR