İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya və Şimali İrlandiya Krallığının səfiri UNEC-də olub  

 

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld UNEC-də olub.

UNEC rektoru professor Ədalət Muradovla görüşdə səfirə universitet barədə ətraflı məlumat verilib. Britaniya Krallığının “Creative Spark” layihəsi çərçivəsində universitetdə həyata keçirilən tədbirlər, eləcə də UNEC-in Britaniya Krallığı universitetləri ilə əməkdaşlığının genişləndirilməsi barədə müzakirələr aparılıb.

UNEC-lə səfirliyin birgə təşkilatçılığı ilə “İngilis Dilinin Tədrisi üzrə Beynəlxalq Forum”un (English Teaching İnternational Forum) keçirilməsi haqqında tərəflər arasında ilkin razılıq əldə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR