İnsanlara hürriyət, millətlərə istiqlal!

Bosniya və Herseqovina marşrutunda qeyri-qanuni miqrasiya artır

Avropa İttifaqı ölkələrinə getmək üçün Bosniya və Herseqovina marşrutuna üstünlük verən qeyri-qanuni miqrantların sayında artım müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Xarici Əlaqələr Xidməti keçən il ölkədə 15 min civarında qeyri-qanuni miqrantın olduğunu, cari ilin ötən dövründə isə bu rəqəmin 19 mini keçdiyini açıqlayıb. Son dövrlərdə Bosniya və Herseqovina marşrutunda miqrant axının artdığı, ötən ilin sentyabrında qeydiyyata alınan qeyri-qanuni miqrantların sayının 2135 olduğu, bu ilin sentyabrında isə 4047-ə yüksəldiyi bildirilib.

Rəsmilər mühacirlərin əsasən Afrika ölkələrindən gəldiyini, əraziyə yaxşı bələd olmadıqları üçün Drina çayını keçərkən boğulma hallarının qeydə alındığını vurğulayıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR