İnsanlara hürriyət, millətlərə istiqlal!

Boris Conson Rusiyanı məğlub etməyin yolunu göstərdi: "Bu ilin sonuna qədər..."

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Rusiya–Ukrayna müharibəsinin gedişatı ilə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com-un xəbərinə görə, o, “GB News”a müsahibəsində bildirib ki, ABŞ prezidenti Donald Tramp daha sərt mövqe nümayiş etdirsə, bu müharibəni ilin sonuna qədər başa çatdırmaq mümkündür.

Conson deyib:

“Tramp öz intuiziyasına qulaq asmalı və Rusiyaya qarşı iqtisadi sanksiyaları sərtləşdirməlidir. Əgər ABŞ bu istiqamətdə təzyiqi artırsalar, ardınca Böyük Britaniya və digər Avropa ölkələri dəstəkləsə, real dəyişikliklər baş verə bilər və bu müharibə ilin sonuna qədər bitə bilər”.

Keçmiş baş nazirin fikrincə, Rusiya prezidenti Vladimir Putin indiki şəraitdə göründüyündən daha zəif vəziyyətdədir. Conson vurğulayıb ki, Ukraynanın neft emalı zavodlarına hücumları nəticəsində Rusiyada ciddi problemlər yaranıb və artıq ölkədə benzin qıtlığı müşahidə olunur.

Boris Conson hesab edir ki, ABŞ-ın liderliyi və Qərbin birgə addımları Moskvanı geri çəkilməyə məcbur edə bilər. Onun sözlərinə görə, bunun üçün vaxt hələ də var, əsas məsələ Tramp administrasiyasının atacağı addımlardır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR