İnsanlara hürriyət, millətlərə istiqlal!

BORÇALI  YANĞIMIZ - deputat Fazil Mustafa iddialara cavab verdi

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Fazil Mustafanın mətbuata açıqlamasında Borçalıda keçirilən Aşura yürüşü ilə bağlı səsləndirdiyi fikirlər Gürcüstanda birmənalı qarşılanmayıb.

Gürcüstanda yaşayan azərbaycanlı fəallar deputatın işlətdiyi ifadənin özlərinə qarşı təhqir olduğunu və səslənən iddiaların heç bir əsasının olmadığını deyiblər. Onlar Musavat.com-a göndərdikləri yazılı materialda Azərbaycan parlamentindən yetərli qədər diqqət gözlədiklərini də əlavə ediblər.

Xatırladaq ki, Fazil Mustafa bildirib ki, Borçalı azərbaycanlıları milli ideologiyadan uzaqlaşıb.

Gürcüstanlı ictimai fəal Samirə Bayramova isə mövzu ilə bağlı bildirib ki, biz borçalılılar, yəni Gürcüstan azərbaycanlıları Gürcüstan vətəndaşlarıyıq və öz qanun, sərhədlərimiz çərçivəsində öz dəyər və hüquqlarımız uğrunda yüksək formada mübarizə aparırıq:

"Düzdür, bu əraziyə bir çox ölkənin məqsədli təsirləri var və biz də bundan narahatıq. Gürcüstan hökumətinin daima öz vətəndaşlarına yüksək xidmətlər yaratması vətəndaşların bu kimi təsirlərin qurbanı və ehtiyaclısı olmaması üçündür".

Fazil Mustafa ona olan reaksiyalara öz sosial şəbəkə hesabından cavab verib:

"Bu xanım əfəndiyə kimsə çatdıra bilərmi ki, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini məndən çox qabardan olmayıb Milli Məclisdə? "Soydaşlıq" haqqında qanun layihəsini Borçalı ziyalılarının təşəbbüsü ilə parlamentə təqdim etmişəm. Gürcüstan azərbaycanlılarının əksər tədbirlərində aktiv iştirak edib bütün təşəbbüslərini dəstəkləmişəm. Sərhədlərin açılması, onların vizasız gəliş-gedişini hökumətdən tələb edən çıxışlarım sosial şəbəkədə doludur. Məclisdə də bu barədə çıxışlarım kifayət qədərdir. Elat Bayramından tutmuş, rəsmi tədbirlərə qədər iştirak etmişəm. Buyurun, cəhalətə deyil, tərəqqiyə aid nə təklifiniz var, dərhal göndərin bütün platformalarda həllinə çalışım. Ancaq başqalarının idarə etdiyi pultla mənə qarşı bu cür məntiqsiz ittihamları yönəltməyə mənəvi haqqınızın olmadığından əminəm. Narahat olmayın, Borçalının saf türk bulağının gözünü tutmuş bütün qumları mütləq təmizləyəcəyik".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR