İnsanlara hürriyət, millətlərə istiqlal!

Borca görə tanışını başından bıçaqladı

Ağdaş rayon sakininə xəsarət yetirilib.

Oxu.Az-ın məlumatına görə, 25 yaşlı Məhəmməd Nağıyev Ağdaş şəhər sakini, 24 yaşlı Əvəz Aslanovla aralarında yaranan mübahisə zamanı bıçaqla onun baş nahiyəsindən qəsdən vuraraq xəsarət yetirib.

Mübahisənin borca görə baş verdiyi bildirilir.

Belə ki, Məhəmmədin Əvəzə borcu olub və aralarında dava düşüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, qeyd olunan məsələ ilə bağlı zərərçəkən şikayət ərizəsi ilə polisə müraciət edib:

“Mübahisə edən tərəflərin izahatları alınıb, hadisənin hansı zəmində və nə səbəbdən baş verməsi ilə bağlı Ağdaş Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR