İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bir həftə üçün “Avrasiya klinikası”na 16 500 manat ödədik” - MƏHKƏMƏ İŞİ

Beyləqanda piyadanın ölümü ilə nəticələnən qəza törətməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Mərhum ölmədən əvvəl Bakıda klinikalardan birində bir həftə müalicə alıb. Müalicə xərcləri 16500 manat tutub.

Musavat.com xəbər verir ki, hadisə Beyləqanda magistral küçənin 16-cı kilometrliyindən Yuxarı Qarabağ kanalı istiqamətində qeydə alınıb.

Nağıyev Akif Xanağa oğlu özünə məxsus "VAZ 2104" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, qarşı hərəkət zolağına çıxaraq yolun hərəkət hissəsinin sol kənarında dayanan piyada Şirinov Səyyaf Qədir oğlunu vurub.

Səyyaf Şirinov hadisədən sonra Bakıya gətirilib. Bir həftə xəstəxanada müalicə alsa da həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən 46 yaşlı Akif Nağıyev bildirib ki, qəza baş verən yoldan ilk dəfə imiş istifadə edirmiş. Buna görə də yolun həmin hissəsində kəskin döngə olduğunu bilməyib. O, döngədə idarətetməni itirərək yol kənarında dayanmış Səyyaf Şirinovu vurduğunu deyib.

A.Nağıyev əməlindən peşman olduğunu, mərhumun oğlu ilə barışıq əldə etdiyini, dəymiş ziyanı ödədiyini deyib və məhkəmədən yüngül cəza verilməsini xahiş edib.

Mərhumun hüquqi varisi deyib ki, təqsirləndirilən şəxsi bağışlayıb. Onun ifadəsindən məlum olub ki, atası bir həftə “Avrasiya klinikası”nda müalicə alıb və buna görə 16500 manat xərc çəkiblər.

Məhkəmənin hökmü ilə Akif Nağıyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəssində çəkəcək. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri qüvvədə saxlanııb.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Mart 2025

08 Mart 2025

BÜTÜN XƏBƏRLƏR