Onlayn ictimai-siyasi qəzet
Lerik rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Musavat.com-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
“Zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub”, – Mərkəzin məlumatında diqqətə çatdırılıb.
Yerli vaxtla 07:49-da qeydə alınmış yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ