İnsanlara hürriyət, millətlərə istiqlal!

15 yaşlı məktəbli qonşusunu niyə bıçaqlayıb?- TƏFƏRRÜAT

Masallıda 15 yaşlı məktəbli qonşusunu bıçaqlayıb. Bıçaqlanan şəxs təqsirləndirilən şəxsi bağışlayıb.

Musavat.com xəbər verir ki, məktəbli Rəşid (ad şərtidir) qəsdən sağlamlığa ağır zərər vurmada ittiham edilib.

Rəşidin bıçaqladığı şəxs qonşuları olub. Həmin şəxsin Rəşidin anası ilə münasibəti olub. Rəşid həmin şəxsi evlərinə gələn zaman görüb və ona gücü çatmayacağını düşündüyü üçün cibində olan bıçaqla onu vurub.

Zərərçəkmiş şəxs Rəşidi bağışladığını deyib.

Məlum olub ki, Rəşidin anansı bir neçə ildir həyat yoldaşından ayılıb. 3 ildir qonşuları olan şəxsə münasibəti olub.

Məhkəmə Rəşid barəsində 3 il azadlıqdan məhrum etmə cəzası təyin edib. Cinayət məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və onun cəzası 1il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR