İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya təhlükəsizlik xidmətləri Hama vilayətində bölmələr yerləşdirir

Suriya İctimai Təhlükəsizlik Departamentinin bölmələri martın 6-dan bəri silahlı toqquşmaların baş verdiyi Latakiya və Tartus rayonları ilə həmsərhəd olan Hama vilayətinin cənub-qərbində yerləşən Vadi əl-Uyun şəhərində qüvvələrini yerləşdirir.

Bu barədə Suriya keçid hökumətinin Daxili İşlər Nazirliyi teleqram kanalında məlumat yayıb.

Nazirliyin məlumatına görə, bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək üçün bir neçə nəzarət-buraxılış məntəqəsi qurulacaq. Eyni zamanda, DİN Vadi əl-Uyundakı yüksəkvəzifəli şəxslərin axtarışda olanları və onların silahlarını təhvil verməyə razı olduqlarını bildirib.

Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Hüms vilayətlərində Suriyanın yeni iqtidarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının silahlı qruplaşmaları arasında toqquşmalar baş verib. Ən şiddətli atışmalar Cəbələ şəhərində qeydə alınıb.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR