İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna PUA-larla Lipetsk və Ryazan neft zavoduna hücum etdi - VİDEO

Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Lipetsk və Ryazan şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Lipetsk şəhərinin mərkəzində azı yeddi partlayış səsi eşidilib, yerli sakinlər havadan müdafiə sistemlərinin aktivləşdiyini bildiriblər. Hədəfin əsasən NLMK metalurgiya zavodu olduğu ehtimal edilir.

Eyni zamanda, Ryazan şəhərində yerləşən neft emalı zavodunun yaxınlığında da partlayış səsləri eşidilib. Yerli sakinlər hava hücumundan müdafiə sistemlərinin işlədiyini və bir neçə PUA-nın vurulduğunu bildiriblər.

Hələlik hücumların nəticələri və mümkün dağıntılar barədə rəsmi məlumat verilməyib. Lakin son həftələrdə Ukraynanın Rusiyanın kritik infrastruktur obyektlərinə dron hücumlarını intensivləşdirdiyi müşahidə olunur.

Rusiyanın enerji və sənaye obyektlərinə edilən bu hücumlar Moskvanın Ukraynadakı hərbi əməliyyatlarını zəiflətmək və iqtisadi infrastruktura zərər vurmaq məqsədi daşıyır. Rusiya tərəfi isə hava hücumlarının qarşısının alındığını və ciddi ziyan dəymədiyini iddia edir.

Son hadisələr Ukraynanın PUA hücumları strategiyasını daha da gücləndirdiyini və Rusiya ərazisində kritik hədəfləri vurmaq imkanlarını artırdığını göstərir.

@@TVmusavat/110129@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR