Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya ordusunun Donetsk vilayətinin Dobropilya şəhərinə endirdiyi ağır zərbə nəticəsində 11 nəfərin həlak olduğunu, 50 nəfərin isə yaralandığını açıqlayıb.
Musavat.com bildirir ki, prezident Zelinski paylaşdığı video müraciətdə biıdirir ki, bu hücum xüsusilə qəddar və planlı şəkildə həyata keçirilib. Rusiya qüvvələri “Şahed” pilotsuz təyyarələri və raketlərdən istifadə edərək şəhərin mərkəzini hədəfə alıb. 9 yaşayış binası, ticarət mərkəzi və mağazalar dağıdılıb.
“Bu, qəsdən maksimum dağıntıya səbəb olmaq üçün hesablanmış bir hücum idi. Mən həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, – deyə Zelenski bildirib.
Prezidentin sözlərinə görə, həlak olanlar arasında Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin bir əməkdaşı da var. O, xilasetmə əməliyyatı başladığı anda baş verən ikinci zərbə nəticəsində həyatını itirib.
Rusiya hər gün yeni cinayətlər törədir
Zelenski əlavə edib ki, Donetsk, Xarkov və cənub bölgələrində də Rusiya artilleriya və dron hücumları həyata keçirib. Xersonda isə FPV tipli pilotsuz təyyarələrlə mülki şəxslərə hücum olub.
“Moskva üçün heç nə dəyişməyib. Onlar müharibəni dayandırmaq barədə yox, daha çox insanı öldürmək və daha çox ərazini işğal etmək barədə düşünürlər. Dünya onlara bunu davam etdirməyə imkan verdiyi müddətcə, onlar da davam edəcəklər”, – deyə Ukrayna lideri vurğulayıb.
Zelenski tərəfdaşlara çağırış etdi
Ukrayna Prezidenti ölkəsini dəstəkləyən bütün dövlətlərə, diplomatlara və ictimai xadimlərə təşəkkür edib. O, Ukraynanın müdafiə qabiliyyətini artırmaq və sülhə daha yaxın olmaq üçün müttəfiqlərlə koordinasiyanı davam etdirməyin vacib olduğunu bildirib.
“Biz insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik və tərəfdaşlarımızla müdafiə qabiliyyətimizi daha da gücləndirmək üçün bütün imkanları səfərbər edirik”, – deyə Zelenski qeyd edib.
Bu son hücum Rusiyanın Ukrayna münaqişəsində hərbi cinayətlərini davam etdirdiyini və mülki əhalini hədəf aldığını bir daha sübut edir.
@@TVmusavat/110127@@
Musavat.com
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ