Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın vitse-prezidenti JD Vens, X (keçmiş Twitter) platformasında “Slava Ukrayni” şüarları səsləndirən bir qrup etirazçının üç yaşlı qızını qorxutduğunu bildirib.
Vensin sözlərinə görə, hadisə o, qızı ilə birlikdə gəzinti edərkən baş verib. O, etirazçıların onların arxasınca düşdüyünü və şüarlar səsləndirdiyini yazıb.
“Etirazçılarla danışmağa qərar verdim ki, bir neçə dəqiqəlik söhbət qarşılığında uşağımdan əl çəkmələrini xahiş edim. Demək olar ki, hamısı razılaşdı”, – deyə Vens vurğulayıb.
Musavat.com xəbər verir ki, hadisədən sonra Vens etirazçıları sərt tənqid edərək bildirib: “Bu, əsasən, hörmətli bir söhbət idi. Amma əgər siz üç yaşlı bir uşağı siyasi etirazın bir hissəsi kimi təqib edirsinizsə, siz çox pis bir insansınız”.
Bəzi müşahidəçilər Vensin bu açıqlamasına istehza ilə yanaşıb və onu eyni qətiyyətlə Rusiyanı da tənqid etməyə çağırıblar. Sual yaranır: Vens Rusiyaya da eyni sözləri deyə bilərmi ki, o, raketlərlə Ukraynanın uşaqlarını qorxutmasın?
Musavat.com
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ