Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, HƏMAS hərəkatı Qəzzə zolağında atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqlara başlamaq üçün üç əsas şərt irəli sürdüyünü açıqlayıb.
Hərəkatın sözçüsü Hazım Qasım, “Al Jazeera” telekanalına verdiyi müsahibədə İsrail ordusunun tamamilə geri çəkilməsi, məhbus mübadiləsi və İsrailin hücumları yenidən başlatmayacağına dair rəsmi təminat verməsi kimi tələblərin irəli sürüldüyünü bildirib.
“Biz bu üç şərt əsasında danışıqlara başlamağa hazırıq. Bu tələblər yerinə yetirilmədən, atəşkəsin davamlı olması mümkün deyil”, – deyə Qasım vurğulayıb.
HƏMAS daha əvvəl atəşkəsin ikinci mərhələsi ilə bağlı müzakirələrin başlamasına dair müsbət siqnallar olduğunu bildirmişdi.
Musavat.com
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ